Messi rekordçu oldu
21.10.2010 - 09:10
Argentina milli komandasının futbolçusu Lionel Messi şərəfini qorudu “Barselona” klubunun rekordçusu olub. Apasport.az saytının məlumatına görə, 23 yaşlı hücumçu İspaniya təmsilçisinin beynəlxalq oyunlarında vurduğu qolların sayını 31-ə çatdırıb. Çempionlar Liqasının qrup mərhələsinin III turunun “Kopenhagen”lə qarşılaşmasında dubla imza atan Messi 31-ci dəfə fərqlənməklə braziliyalı Rivaldonun göstəricisini təkrarlayıb. Lionelin karyerasını davam etdirdiyini nəzərə alsaq onun tezliklə mütləq rekordçu olacağı şübhə doğurmur.
0
0