Rahid Əmirquliyev “Xəzər Lənkəran”ın tarixinə düşdü
21.10.2010 - 09:32
Unibank Premyer Liqasının IX turu Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olub. Belə ki, 21 yaşlı yarımmüdafiəçi karyerasında ilk dəfə “Xəzər Lənkəran” klubunun kapitanı kimi meydana çıxıb. Bununla da Rahid komandanın tarixinə kapitan sarğısı ilə meydana çıxan 16-cı futbolçu kimi düşüb. Buna əsas kapitan – qapıçı Kamran Ağayevin AFFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılması səbəb olub. Məhz onun yoxluğunda məsuliyyət 2006-cı ildən “Xəzər Lənkəran”da oynayan Rahidə tapşırılıb. O, bu müddətdə 126 oyuna 17 qol vurub, 14 sarı vərəqə alıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” tarixində bütün rəsmi yarışlarda 235 oyun keçirsə də, bunların 1-i baş tutmayıb. Lənkəranlılara 2004/05 mövsümündə “Şəfa” ilə görüşdə texniki qələbə verilib. Digər 234 oyunda isə ən çox kapitan sarğısını daşıyan hazırda “Bakı”da oynayan 37 yaşlı yarımmüdafiəçi Mahmud Qurbanov olub. Ağayevin ondan 13 oyun geridə qaldığını nəzərə alsaq, cari mövsümdə onu keçərək, yeni rekordçu ola bilər.
“Xəzər Lənkəran”ın kapitanları
1. Mahmud Qurbanov – 59 oyun
2. Kamran Ağayev - 46
3. Emin Quliyev - 25
4. Samir Əliyev - 24
5. Zaur Ramazanov - 23
6. Dmitri Kramarenko - 19
7. Arif Əsədov - 14
8. Elmar Baxşıyev - 10
9. Bəxtiyar Musayev - 4
10-12. Alim Qurbanov - 2
Füzuli Məmmədov - 2
Junior Osvaldo - 2
13-16. Aleksandr Martyoşkin - 1
Ədəhim Niftəliyev - 1
Rəşad Abdullayev - 1
Rahid Əmirqulıiyev - 1
Mənbə: lankaranfc.com

0
0