Raul qaçır, Messi qovur
21.10.2010 - 10:28
Raul qaçır, Messi qovur
Çempionlar Liqasının qrup mərhələsinin III turu yarışın tarixi ərzində ən çox qol vuran futbolçuların siyahısında dəyişikliklərə səbəb olub. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin ən yaxşı bombardiri olan Raul “Şalke”də vurduğu növbəti 2 qolla izləyiciləri ilə fərqi daha da artırıb.

Hesabında 68 top olan ispaniyalı ən yaxın izləyicisini 12 qol qabaqlayır. “Barselona” klubunun üzvü Lionel Messi isə bu tur imza atdığı dubl sayəsində ilk “10-luğ”a daxil olub. Daha doğrusu, 9-cu yerə şərik olan 4 oyunçu sırasında yer alıb.

ÇL-in ən yaxşı bombardirləri (təsnifat mərhələsi nəzərə alınmadan)

yer

futbolçu

ÇL-də oynadığı klublar

qol

1

Raul

“Real”, “Şalke”

68

2

Ruud van Nistelroy

PSV, “Mançester Yunayted”, “Real”

56

3

Tyerri Anri

“Monako”, “Arsenal”,  “Barselona”

50

4

Andrey Şevçenko

“Dinamo” Kiyev, “Milan”, “Çelsi”

46

5

Filipo İnzaqi

“Milan”

44

6

Alesandro del Pyero

“Yuventus”

41

7

Fernando Moryentes

“Real”, “Monako”, “Liverpul”, “Valensiya”

33

8

Didye Droqba

“Marsel”, “Çelsi”

31

9-12

Patrik Klyuvert

“Ayaks”, “Barselona”

29

 

Lionel Messi

“Barselona”

29

 

Dabid Trezeqe

“Monako”, “Yuventus”

29

 

Roy Makay

“Deportivo”, “Bavariya”

29