Millimizin Çernoqoriya ilə oyunu FİFA reytinqinə daxil edilməyəcək
21.10.2010 - 11:51
FİFA milli komandaların növbəti reytinq cədvəlini noyabrın 17-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, ayda 1 dəfə tərtib olunan həmin siyahıda Çernoqoriya - Azərbaycan matçı nəzərə alınmayacaq.
Çünki görüş reytinqin açıqlandığı gün, hətta bundan bir neçə saat sonra başlayacaq. Bu isə o deməkdir ki, Çernoqoriya ilə qarşılaşma növbəti reytinqə daxil edilməyəcək. Millimizin səfər matçı yalnız dekabrda açıqlanacaq cədvəldə öz əksini tapacaq.
Qeyd edək ki, hazırda yığmamız FİFA reytinqində 91-ci yerdə qərarlaşıb.

0
0