Fatih Terim: Mən tüpürdüyümü yalamaram
21.10.2010 - 13:13
Fatih Terim: Mən tüpürdüyümü yalamaram
Fatih Terimin “Qalatasaray”ın baş məşqçi postuna qayıtmamasının əsl səbəbi bəlli olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “İmperator”un klub prezidenti Adnan Polatla görüşdə ailə məsələləri ilə bağlı gətirdiyi səbəb bəhanə imiş.

“Hamı Terimin təklifi qəbul edəcəyini gözləsə də, şok yaşandı. Terim Polata “Bir daha “Qalatasaray”ı çalışdırmayacağını söyləyib və əlavə edib ki, tüpürdüyünü yalamaz”.

Qeyd edək ki, “Qalatasaray”ın prezidenti daha sonra əfsanəvi futbolçular, prinsipcə anlaşdıqları Hakan Şükürdən də “yox” cavabı alıb. Onun imtinasına səbəb kimi gələn il siyasətə qatılacağı ilə bağlı qəbul etdiyi qərar və Polatla fikir ayrılığının olduğu göstərilir.