“Futbol kralı” 70 yaşında
21.10.2010 - 14:28
Bu gün futbol tarixində əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, “Futbol kralı” Pele 70 illik yubileyini qeyd edir. Əsl adı Edson Arantes do Nasimento olan Pele 1940-cı il oktyabrın 21-də anadan olub. Lakin futbol veteranı neçə illərdir ki, bu tarixin düzgün olmadığını iddia edir. O, sənədlərinin səhv olduğunu və əslində 2 gün sonra, yəni ayın 23-də anadan olduğunu bildirir.
Futbol tarixinin ən yaxşı oyunçusu sayılan Pele 15 yaşında peşəkar karyerasını başlayaraq, “Santos”a dəvət olunub. Növbəti ildə isə Braziliya yığmasında debüt edib. Rəsmi matçlarda 760 qol vuran “Futbol kralı”nın ümumilikdə 1281 dəfə fərqləndiyi hesablanıb. 1974-cü ildə “Santos”la vidalaşan Pele 1977-ci ilədək “Nyu York Kosmos”da çıxış edib və bu günə kimi həmin klubun fəxri prezidentidir.
Yığmada 4 dünya çempionatına qatılan hücumçu 1958, 1962 və 1970-ci illərdə qızıl medal sahibi olmaqla, bunu 3 dəfə bacaran yeganə futbolçu kimi tarixə düşüb. O, bu çempionluqlarının sonuncusunu yaşayarkən, Braziliya yığmasının kapitanı Karlos Alberto Torres olub ki, o, da Azərbaycan milli komandasının tarixinə ilk əcnəbi baş məşqçi kimi düşüb.

0
0