Hacı rəsmən “Qalatasaray”da!
21.10.2010 - 15:44
Hacı rəsmən “Qalatasaray”da!
Rumıniyalı mütəxəssis Georgi Hacı “Qalatasaray”ın yeni baş məşqçisi olacaq. Apasport.az saytının məlumatına görə, 2004-2005-ci illərdə “sarı-qırmızlar”a rəhbərlik etmiş “Karpatı Maradonası” qarşıdakı 1,5 ildə İstanbul təmsilçisini çalışdıracaq. Onun köməkçisi isə 2001-ci ildə “Qalatasaray”ın heyətində UEFA kubokunu bir yerdə qazandığı komanda yoldaşı Tuqay Kərimoğlu olacaq.

Rəsmi müqaviləyə sabah Türkiyə vaxtı ilə 15:30-da imza atılacaq.

Qeyd edək ki, Hacı 1996-2001-ci illərdə “Qalatasaray”ın formasını geyinib. Bu müddətdə 4 dəfə Super Liqanın, 3 dəfə Türkiyə kubokunun, 1 dəfə UEFA kubokunun və 1 dəfə Superkubokun qalibi adını qazanıb.

2001-ci ildə futbolçu karyerasını bitirən məşhur “10 nömrə” 2 il Rumıniya yığmasının çalışdırıb. 2003-2004-cü illər mövsümündə “Bursaspor” klubuna baş məşqçi gətirilən Hacı komandanın uğursuz çıxışı səbəbindən 13-cü turda vəzifəsindən uzaqlaşdırılıb.

Rumıniyalı mütəxəssis həmin mövsümün 27-ci həftəsində isə Fateh Terimlə yollarını ayıran “Qalatasaray”la anlaşıb. İstanbul komandası 2004-2005 mövsümündə Hacının rəhbərliyi altında 76 xalla Super Liqanın üçüncüsü olub.