“Muğan” ingilislərlə əməkdaşlıq edəcək
21.10.2010 - 16:03
Salyanın "Muğan" klubu İngiltərənin tanınmış "Prozon" şirkəti ilə əməkdaşlıq edəcək. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi ilə Böyük Britaniya şirkəti arasında 2 illik müqavilə imzalanıb.
Anlaşmaya əsasən Salyan təmsilçisi 2 il müddətində şirkətin təqdim etdiyi məhsulların imkanlarından istifadə edərək, oyunların analizini yerinə yetirəcək. Bu texnologiyalar vasitəsilə futbolçuların fiziki və taktiki göstəricilərinin kompüter versiyası əks etdirilir.
Fəaliyyətə 1998–ci ildə başlayan “Prozon”un İngiltərədə, İspaniyada, ABŞ-da, BƏƏ–də, Hindistanda, Yaponiyada ofisləri fəaliyyət göstərir. Bundan başqa, şirkət FİFA, US Soccer, “Mançestr Yunayted”, “Real” Madrid, “Arsenal” kimi dünyada məşhur futbol təşkilatları və klubları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb.
Qeyd edək ki, müqaviləyə əsasən şirkətin Azərbaycandakı rəsmi distribütorluq hüququ da "Muğan"a məxsusdur.
Mənbə: muganfc.az

0
0