Bəhruz Şirəliyev: Onu baş məşqçinin tapşırıqlarını yerinə yetirmədiyi üçün qovduq
21.10.2010 - 16:42
“Muğan” bolqarıstanlı futbolçu Nikolay Petrov-Valevlə yollarını ayırıb. Bu haqda apasport.az saytına Salyan təmsilçisinin vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Komanda yayda transfer edilən legionerlə müqaviləni pozaraq, ona agent statusu verib. Şirəliyev belə addım atmalarını Nikolayın zəif çıxışı ilə əlaqələndirib: “O, baş məşqçimizin tapşırıqlarını qətiyyən əməl etmirdi. Hücumçuya meydanda bir tapşırıq verilirdi, o, isə əksini yerinə yetirirdi. Nikolaya bir neçə dəfə xəbərdarlıq edildi, hətta adı “18-liy”ə salınmadı. Ötən turda “Qəbələ” ilə görüşdə də şans verdik. Baş məşqçi ikinci hissə başlayan kimi onu meydana buraxdı. Ancaq onun faydalı olmadığı görüb, komandada saxlamağı lazım bilmədik”.
Qeyd edək ki, ölkəmizə ilk olaraq 2009-cu ilin yayında gələn Petrov-Valev “Simurq”da oynamış və mövsüm bitməmiş komandadan uzaqlaşdırılmışdı.
Qeyd edək ki, ölkəmizə ilk olaraq 2009-cu ilin yayında gələn Petrov-Valev “Simurq”da oynamış və mövsüm bitməmiş komandadan uzaqlaşdırılmışdı.
0
0