Portuqaliya - Azərbaycan: Nə yaxşı ki, qızlar var...
21.10.2010 - 16:53
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sabah Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun yetirmələri Portuqaliyada keçiriləcək turnirdəki ilk oyununda meydan sahibləri ilə üz-üzə gələcək.
Bu, futbolçularımızın Kriştiano Ronaldonun həmvətənləri ilə son 1 aydakı 2-ci görüşü olacaq. Belə ki, bir müddət əvvəl 19 yaşadək futbolçulardan ibarət yığmamız da qitə çempionatının seçmə mərhələsində Portuqaliya ilə görüşmüşdü. Elə həmin matça da rəqibimiz ev sahibliyi etmiş və qarşılaşma heç-heçə başa çatmışdı – 2:2. Oktyabr üçün ənənəvi rəqib təsiri bağışlayan pireneylilərin futbolumuzdakı yeri maraq doğurur. Portuqaliya və Azərbaycan futbolunun kəsişmələrinə isə 4 istiqamətdə yanaşmaq olar.
Qırmızıdan qırmızıyadək
Azərbaycan milli komandası indiyədək 4 dəfə Portuqaliya ilə görüşüb ki, bu matçların hamısı tarixi əhəmiyyət kəsb edib. 1999-cu il martın 26-da təsadüf edən ilk matç “Gimaraynş faciəsi” kimi yadda qalıb. Meydan sahiblərinin Dmitri Kramarenkonun qapısını “aşsüzən”ə çevirdiyi görüşdə Əhməd Ələsgərov və yetirmələri 0:7 hesablı darmadağınla biabır olmuşdular. Həmin matç mütəxəssisin yığmada ilk seçmə oyunu idi və Rasim Abışov həmin ilkə qırmızı vərəqə ilə töhfə verdi. Joao Pinto və Pauletanın dubl etdiyi qarşılaşmada 5 futbolçu qapımıza yol tapdı.
1999-cu il sentyabrın 3-də isə Tofiq Bəhramov adına Respublika stadionunda tarixi hadisə yaşandı. Matçın gedişində işıqların sönməsi futbolçuları soyunub-geyinmə otağına yolladı. Ertəsi gün isə Zaur Tağızadə rəqibi “işığını söndürdü”. Hesabı açan, oyunun sonlarında meydandan qovulan 20 yaşlı istedad bu qolla “Qızıl oğlan” adını qazandı. Portuqaliyalılar isə Luiş Fiqunun qolu ilə 1 xala son dəqiqələrdə sevindilər.
Avro-2000-də olduğu kimi, Avro-2008-ində seçmə mərhələsində iki yığma eyni qrupda yer aldı. 2006-cı il oktyabrın 7-dəki matçda millimiz yenə darmadağın oldu – 0:3. Kriştiano Ronaldo 2 qol vursa da, indiyədək hesaba alınmayan 3-cü qolunu xatırlayır: “Karyeramın ən gözəl qolunu Azərbaycana vurdum. Lakin o topu hesaba almadılar”.
İlk 2 matçda olduğu kimi, 2007-ci ilin oktyabrına təsadüf edən portuqaliyalılarla sonuncu matç da qırmızı vərəqə ilə yadda qaldı. Bu dəfə Ronaldoya dirsək atıb, onu yerə sərən Aslan Kərimov komandamızı azlıqda qoydu və qonaqlar 2 cavabsız qolla Bakını qalib kimi tərk etdilər.
Nə yaxşı ki, qızlar var...
Portuqaliya komandaları ilə görüşlərimiz təkcə millinin matçları ilə bitmir. Avrokuboklarda bu ölkənin klubları ilə qarşılaşacaq səviyyədə irəliləyə bilməyən komandalarımızdan fərqli, yığmalarımız dəfələrlə pireneylilərlə görüşüb. Avro-2000-də U-21 rəqibin gücünə şahid olub – 0:5 və 0:2. U-19 isə 2005-ci ilin payızında aldığı zərbənin (1:5) əvəzini bu il 2:2 etməklə çıxa bildi.
Bundan başqa, çimərlik yığması və futzal millimiz də hərəyə 2 dəfə Portuqaliya ilə üz-üzə gəlib. Qumda uduzduğumuz (4:6 və 2:5) rəqiblə zallardakı matçlarımızda bərabərlik qeydə alınıb. Avro-2010-nun həm seçmə mərhələsində, həm də final mərhələsindəki görüşlər 3:3 hesabı ilə başa çatıb. Sonuncu oyun yarımfinala təsadüf etdiyindən qarşılaşmanın taleyini penaltilər həll edib və yığmamız finala çıxa bilməyib.
Ronaldonun həmyerliləri üzərində yeganə qələbəmizi isə 19 yaşadək qızlardan ibarət yığmamız əldə edib. Onlar 2 il əvvəl rəqibini 2 cavabsız qolla məğlub ediblər.
Uğursuz portuqaliyalılar
Legionerlərin Azərbaycana axını 2004-cü ildən vüsət alsa da, portuqaliyalılar ölkəmizə gec ayaq açıblar. Özü də klublarımıza gələn azsaylı pireneylilərin heç biri burada uğur qazana bilməyib. “Xəzər Lənkəran”dan Renato Keyroşun, “Standard”dan Huqo Maçadonun, “Qəbələ”dən Paulino Tavares və onların digər həmyerlilərinin Azərbaycandakı karyerası qısa və uğursuz alınıb. Onlarla yanaşı, Portuqaliyadan transfer olunan və bu ölkənin vətəndaşlığını daşıyan braziliyalılar da olub.
Jardelə əlcək atıb, “Benfika”nı məhv edən azərbaycanlı
Azərbaycan və Portuqaliya futbolunun ilk kəsişməsi isə 1997-ci ilə təsadüf edib. Həmin vaxt nəinki “Böyük Beşlik” (İspaniya, İngiltərə, İtaliya, Almaniya və Fransa), həm də “İkinci eşelon”da (Hollandiya, Belçika, Şotlandiya, Portuqaliya) çempionatlarında oynamış birinci və sonuncu azərbaycanlı Vəli Qasımov İspaniyadan Portuqaliyaya transfer olunub. Düzdür, Vaqif Cavadov da “İkinci eşelon” ölkəsi Hollandiyaya transfer edilib. Lakin Vəlidən fərqli, nəinki qol vurub, heç meydana da çıxmayıb. Qasımov isə hər iki səviyyədəki yeganə təmsilçimizdir. Elə onun zəngin Portuqaliya karyerası da maraq doğurur.
1997/98 mövsümündə Portuqaliyada debüt edən 29 yaşlı mərkəz hücumçusu çıxış etdiyi “Setubal”ın əsas heyət oyunçusuna çevrilməyi bacarıb. Elə ilk turun “Boavişta” ilə matçında 90 dəqiqə əvəzlənmədən meydanda olan Vəli ilk qolunu da çox gözlətməyib. Avqustun 31-də keçirilən II turda həmyerlimiz Portuqaliyanın ən titullu klubu, 32 qat ölkə çempionu “Benfika” ilə matçda Qasımov qonaqlara “dağ2 qoydu. Onun 11-ci dəqiqədə vurduğu qol matçda yeganə oldu və meydan sahibləri 3 xal qazandılar. Növbəti 2 oyunda “Salqeyruş” və “Maritimo”ya qol vuran həmyerlimiz ardıcıl 3 matç fərqlənməklə, bombardirlər yarışının liderlərindən birinə çevrildi. Mövsümün sonunadək 24 oyun (23 dəfə start heyətində) keçirən hücumçumuz 2 sarı vərəqə aldığı müddətdə rəqib qapılarına 10 qol vurmağı bacardı. O, Portuqaliya mətbuatından yetərincə yüksək 7,13 qiymətinə layiq görülüb. Çempionatın son 7 turunu buraxan Qasımov Mario Jardelin başçılıq etdiyi çempionatın bombardirləri siyahısında 11-ci yeri tutub.
Növbəti – 1998/99 mövsümündə isə onun işləri o qədər də yaxşı getməyib. 17 oyunda (12-də start heyətində) 4 qol vuran hücumçumuz 1 sarı vərəqə ilə cəzalanıb və 6,83 qiymətinə layiq görülüb. Güclülər dəstəsindəki 41 oyunda 14 qol vuran Vəli 1999-cu ilin yayında aşağı dəstə klubu “İmortal”a keçərək daha 2 il orada oynayıb.
Qeyd edək ki, Qasımov hazırda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun köməkçisi vəzifəsində çalışır.
Vüqar XEYRULLAYEV

0
0