“Bakı”nın Bakı boyda dərdi
22.10.2010 - 09:51
9 oyuna 3 qələbə və 3 heç-heçə ilə gələn 12 xal. Bu azmış kimi top fərqində də bərabərlik - 12:12. Yalnız son üç pillənin sahibiylə müqayisədə az qol buraxmaq.
Bütün bu statistik göstəricilər mövsüm başlamamış çempion elan edilən "Bakı"ya məxsusdu. O "Bakı"ya ki, transferlərə xərclənən paralara, piar kampaniyasına, adı ətrafında gəzən söz-söhbətlərə və klubdaxili kadr problemlərinə görə mütləq rekordçudu. Amma reallıq başqa şeyi deyir. Hazırda klublarımızda çalışan ən tanınan baş məşqçi Vinfred Şaferin yetirmələri hamının kötəklədiyi yetimə bənzəyir.
"Qarabağ"la srağagün baş tutan oyun paytaxt təmsilçisinin əsl simasını açdı. "Zolaqlılar"ın bəyənmədiyi Georgi Adamiya vurduğu 2 qolla sübut etdi ki, faktiki rəqibin bütün legionerlərindən qiymətlidi. Komandanın müdafiə xəttinin dirəyi Rəşad Sadıqovu Türkiyəyə göndərən, ən istedadlı oyunçusu olan Əfran İsmayılovu zədə üzündən uzun müddətə itirən "Qarabağ" rəqibinə dərs keçdi. Heç kimin bəyənmədiyi, əksər klubların əvəzedici heyətinə belə götürməyəcəyi Vüqar Nadirov, Emin İmaməliyev, Zaur Həşimov və Qara Qarayevlə. Deməli, komanda olmaq üçün kisənin ağzını açmaq həlledici deyil, pulu xərcləyəndə qazanırlar. Ağlın olmadısa, paranı lazım olan yerə lazımi miqdarda xərcləmədinsə, milyonlarının qara qəpiklik qiyməti yoxdu.
Srağagünkü oyunda qarşımızda iki nümunə vardı. Biri imkanları geniş olmayan, amma komanda kimi möhkəm olan qalib "Qarabağ", digəri pula pul deməyən, gəl ki, miskin və məğlub "Bakı".
Futbol işbazları, menecerlər yaxşı yemək yeri tapıblar. "Bakı" çoxunu bəzəyən, özü lüt gəzən iynəyə bənzəyir. Və "zolaqlılar" indi məhz iynəylə gor qazmaqla məşğuldu. Hətta MOİK də bu komandayla favorit kimi oynayır, kazarmada yatan futbolçular il ərzində aldıqları pulu bir günə qazanan əcnəbiləri meymun kimi oynadır. Və Şafer də artıq neçənci dəfə bəyan edir ki, yetirmələri aldıqları məvacibin qarşılığını verə bilmir.
Bilirsiz problemin kökü nədədi? "Buduçnost"u iki oyunda yenib mərhələ adlaya bilməyən klubun rəhbərliyində. Adama deyərlər, Stefan Barbikoni açıq-aşkar deyir ki, "mən burada oynamaq istəmirəm". Ürəyi "Mets"də qaldığını aşkar şəkildə bəyan edən, ölkəmizə yaxşı pula görə gəlməyə razılıq verdiyini bildirən fransız manikenini elə hava limanından yola salardım. Necə ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məhz onun sayəsində futbolçuya çevrilən Elnur Allahverdiyevi sakitcə yola saldı. Millimizin müdafiəçisi artıq özünü öyməyə, daha artıq maaşa layiq olduğunu dilə gətirməyə, müqavilə məsələsində şərtlə danışmağa başlayan kimi ağdamlılar onu yola saldı. Və Elnurun yerinə alınan Ansi Aqolli bu gün "Qarabağ"ın vazkeçilməz oyunçularındandı.
Amma "Bakı"da bunu bacarmırlar. Joel Epalle komandanın başına avrokubokda gətirdiyi müsibət azmış kimi indi də dizini qucaqlayıb, Almaniyada müalicə olunur. Kamerunlunun menecerləri bizimkilərə əməlli-başlı atıb. Həm cəzalı, həm də xroniki zədəli olan yarımmüdafiəçinin niyə Almaniyanı atıb Azərbaycana gəlməsi də elə buradan bəllidi. Görəsən, paytaxt klubunun həkimləri oyunçunu tibbi baxışdan keçirərkən onun harasına baxırmış?
"Bakı"nın dərdi böyükdü. O qədər böyük ki, oyunçulara xərclənən para qədər də dava-dərmana sərf etmək lazımdı. İbrahim Karqbo, Vyaçeslav Sofroni, Dare Nibombe, Anqulo Cefferson, Adnan Bərəkət - bu oyunçuların hansı ehtiyatda çürüyən Mahmud Qurbanovdan, mövsümün startı ərəfəsində qovulan, amma indi komandalarıyla hamıya meydan oxuyan Rafael Əmirbəyov və Elvin Əliyevdən güclüdü? Hə, ad-sanları var, hərəsi bir qitədən, bir ölkədən gəlib, nəvaxtsa hansısa məşhur komandanın əvəzedici heyətində ehtiyatda olublar. Ancaq bu gün onların heç biri hətta Azərbaycanın iddialı klubunda oynamağa layiq deyil. "Gəncə" lazımsız yerlilərlə, "Qarabağ" sınıq-salxaq heyətlə, "Simurq" futbolun əlifbasını bilməyən yeniyetmələrlə onların başına oyun açırsa, daha nə deyəsən?
Şafer az qala hər uğursuz oyundan sonrakı mətbuat konfransında futbolçuları günahlandırır. Halbuki alman məşqçi onları mehriban və döyüşkən kollektiv kimi formalaşdırmalı, birləşdirməlidi. Əgər mətbuatın dediyi tənqidləri çalışdırıcı da təkrarlayacaqsa, onları təzyiqlərdən qorumayacaqsa, problemləri daxildə həll etməyəcəksə, qarşılıqlı inamdan, komanda ruhundan əsər-əlamət olmayacaq. Bir də Şaferə sual verən lazımdı ki, bəs, bu oyunçuları niyə transfer edirdin? Onlar ki, məhz sənin istəyinlə transfer ediliblər. Afrikada işlədiyin dövrdən tanıdığın afrikalıların hansı əhvalla top qovduqlarını, israrla istədiyin Barbikonini və başqalarını o qədər yaxşı tanıyırdın ki, transferləri üçün israr etdin? Yoxsa onlara xərclənən transfer paralarında marağın vardı?
Suallar çoxdu. Ancaq indi elə vəziyyət yaranıb ki, "Bakı" rəhbərliyi də başını itirib. Qarşıdakı iki paytaxt derbisi isə vəziyyəti bir qədər də gərginləşdirəcək. Çünki "zolaqlılar"ı ötən tur AZAL-la oyunda darmadağın olduğu üçün yaralı şirə bənzəyən "İnter"lə və əsl liderə xas, titul qazanmaq həvəsiylə yanan "Neftçi"ylə görüşlər gözləyir. Bəlkə həmin görüşlərdən sonra Şaferi istefaya səsləyən azarkeşlərin şüarlarına rəhbərlik də əl çalacaq...
Ancaq bu da çıxış yolu deyil. Məşqçini dəyişməklə iş bitmir. "Bakı" özü dəyişməlidi. Komanda ad-sana qaçmasaydı, ona ölkə kubokunu qazandıran Cüneyt Biçərə qarşı haqsızlıq etməsəydi, bəlkə indi daha yaxşı durumda olardı. Dəyişməli olan bəzi kadrlar, işə münasibət və futbolçulara tələbkarlıqdı.
FƏRİD, “Ekspressfutbol” qəzeti

0
0