Portuqaliyada həlledici 6 dəqiqə - YENİLƏNİB
22.10.2010 - 20:40
Portuqaliyada həlledici 6 dəqiqə -  YENİLƏNİB
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun yetirmələri Portuqaliyada keçirilən mərhələnin ilk qarşılaşmasında meydan sahibləri ilə görüşüblər. Matçın taleyi ikinci hissənin ortalarında vurulan 2 qolla həll olunub. Həlledici 6 dəqiqə ərzində 2 qol vuran meydan sahibləri 3 xal qazanıblar. Bu komandaların mübarizə apardığı V seçmə mərhələsində mübarizə aparan Şimali İrlandiya və Çernoqoriya yığmalarımın oyununda isə qapılara qol vurulmayıb

Qeyd edək ki, 13 seçmə qrupun hər birində ilk 2 yeri tutan komandalar, həmçinin 3-cü pillənin sahibləri arasında ən yaxşı göstəriciyə malik 2 yığma elit-raunda yüksələcək.

20:00. PORTUQALİYA – AZƏRBAYCAN - 2:0
QOLLAR: Qonsalo Pasiensia, 54, Sansidio Silva, 59
PORTUQALİYA: 1. Joze Koşta, 4. Tobias Fiqueyredo (k), 5. Nuno Malheyro, 6. Tomas Podtavski, 8. Luis Kortes (16. Antoninyo Silva), 9. Qonsalo Pasiensia (7. Frederik Matsyel, 71), 10. Sansidino Silva, 11. Helder Koşta (18. Karlos Mane, 52), 14. Joao Kanselo, 15. Lima Pereyra, 17. Karlos Xabi
Baş məşqçi: Emilio Peyşe
AZƏRBAYCAN: 1. Rəşad Əzizov, 2. Tural Məmmədov, 3. Ayzek Abbasov, 4. Elnur İsmayılov, 5. Tural Hümbətov, 6. Fuad Bayramov. 7. Elşən Abdullayev (k) (16. Haqverdi Yusifov, 73), 8. Azər Salahlı, 9. Ruslan Nəsirli, 10. Məqsəd İsayev (18. Elvin Ağamalov, 76), 11. Namiq Ələsgərov (15. Elvin Camalov, 80)
Baş məşqçi: Adil Şükürov
SARI VƏRƏQƏLƏR: Isayev, 32, Salahlı, 48, Nəsirli, 50
Baş hakim: Vladimir Vnuk (Slovakiya)
Fao şəhəri. Fao İdman Mərkəzi