Rəşad Sadıqovun ilk sarısı, komandasının ilk səfər qələbəsi
22.10.2010 - 22:52
Türkiyə Superliqasında IX tura start verilib. Apasport.az saytının məlumatına görə, açılış oyunu Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun formasını geyindiyi “Əskişəhərspor” klubunun iştirakı ilə baş tutub.
Həmyerlimizin şərəfini qoruduğu komanda səfərdə ötən həftə “Qalatasaray” üzərində qazandığı qələbə ilə diqqət mərkəzinə düşən “Karabükspor” olub.
Meydana start heyətində çıxan Sadıqov tezliklə diqqət mərkəzinə düşüb. Futbolçumuz artıq 3-cü dəqiqədə baş hakim tərəfindən sarı vərəqə ilə cəzalandırıb. Hesabı isə Rəşadın komandası açıb. 11-ci dəqiqədə Coşkun meydan sahiblərini məyus edib. İlk yarının başa çatmasına 6 dəqiqə qalmış “Əskişəhərspor” Batuhanın dəqiq zərbəsi ilə daha bir qol vuraraq, fasiləyə üstün yollanıb.
İkinci hissəyə “Karabükspor” daha yaxşı başlayıb. Amma 52-ci dəqiqədə hesab arasındakı fərqi azaltmasına baxmayaraq, meydan sahibləri məğlubiyyətdən qaça bilməyiblər.
65-ci dəqiqədə yüngül zədə alsa da, Sadıqov ötən tur olduğu kimi, yenə 90 dəqiqə oynayıb.
Bu qələbə ilə “Əskişəhərspor” hesabındakı xalların sayını 9-a çatdırıb.
“Karabükspor” - “Əskişəhərspor” - 1:2
QOLLAR: Emenike, 52 - Coşkun, 11; Batuhan Karadeniz, 39
Baş hakim: Özgür Yankaya
“Karabükspor”: Tomiç, Zengin, Deumi, Ozdin, Seriç, Avci, Hikmet, Tozo, Söyler, Özmert, Emenike.
“Əskişəhərspor”: İvesa, Coşkun, Nadareviç, Sadıqov, Yaman, Zengin, Kaya, Ertoğrul, Öztürk, Sari, Karadeniz

0
0