Deon Barton: AZAL-ın çempiona 5 qol vurması, bizi qorxutmur
22.10.2010 - 11:47
“Bizi AZAL-la çətin oyun gözləyir. Onlar yaxşı əhval-ruhiyyədədirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun hücumçusu Deon Barton deyib.
Keçirdiyi son 5 matçın 4-də qələbə qazanan “Qəbələ” uğurlu seriyanı davam etdirmək istəyir. Ancaq sabahkı oyunda Toni Adamsın yetirmələrini çətin sınaq gözləyir. Çünki rəqib hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan və çempionluq uğrunda mübarizə aparan AZAL-dır.
Bunu əyalət təmsilçisinin oyunçuları da anlayır. 34 yaşlı yamaykalı forvard fikrini belə davam etdirib: “Diqqətli olmalıyıq. Oyuna və rəqibə peşəkar şəkildə yanaşmalıyıq. Düzdür, rəqib son oyunda “İnter”in qapısından 5 cavabsız top keçirib. Hesab onu göstərdi ki, hər oyunda istənilən nəticə qeydə alına bilər”.
Legioner futbolçu rəqibin son çempionu böyük hesabla yenməsindən çəkinmədiklərini də bildirib: “Başa düşürük ki, çətin olacaq. Ancaq onların son oyunda 5 top vurması bizi qorxutmur. Əlbəttə, meydana qələbə qazanmaq üçün çıxacağıq”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0