“Kəpəz”lə “Gəncə” arasında oxşarlıq Arif Əsədovun gözündə
22.10.2010 - 14:01
“Kəpəz” ilə “Gəncə” arasında əsas oxşarlıq ruhla bağlıdır. Dövrlər dəyişsə də, Gəncə futbolunda və azarkeşlərində olan ruh qalır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
Unibank Premyer Liqasının X turunda sabah “Gəncə”ni qəbul edəcək flaqman bununla da tarixi derbini qaytaracaq. Əsədovun fikrincə, “Neftçi” – “Kəpəz” oyunlarındakı intriqa rəqib adını dəyişəndən sonra da qalır: “Gəncəlilərdə olan ruh komandalarına böyük stimul verir. “Gəncə” 4 illik fasilədən sonra güclülər dəstəsinə qayıtmağına baxmayaraq, öz oyunu ilə həmin ajiotajı qaytarıb. Təsadüfi deyil ki, Gəncədə doğma komandanın oyununa çoxlu sayda azarkeş gəlir. Mən bu derbidə futbolçu kimi iştirak etmişəm. “Neftçi” ilə “Kəpəz” arasında həmişə böyük rəqabət olub. “Gəncə”nin güclülər dəstəsinə qayıdışı, inamlı çıxışı ilə bu rəqabəti qaytarır. Bu, istər turnir cədvəlindəki vəziyyət, istərsə də oyun baxımından özünü göstərir”.
Ötən tur “Turan”la səfər oyununda vacib 2 xal itirən “Neftçi” növbəti Qərb sınağından üzüağ çıxmaq istəyindədir. Maraqla gözlənilən “Gəncə” ilə ev oyununda stadionda çoxlu azarkeş görmək istəyən gənc çalışdırıcı keçmiş komandasını yenmək iddiasındadır: “Bu iki komanda karyeramda xüsusi yer tutur. Futbolçu karyeramın böyük hissəni keçirdiyim “Neftçi”nin indi baş məşqçisiyəm. Ancaq “Gəncə”nin də futbol həyatımda öz yeri var. Mən futbolçu karyeramı məhz orada başa vuraraq, məşqçi kimi ilk addımlarını atmışam. Təbii ki, “Gəncə” ilə oyuna ciddi hazırlaşaraq, meydana qələbə qazanmaq üçün çıxacağıq. İndi çempionatımızın gərgin mübarizənin getdiyi dövrdür. Ola bilsin ki, gözəl oyun olmasın, ancaq hər görüş nəticə baxımından çox vacibdir”.
Mehman SÜLEYMANOV

0
0