Emin İmaməliyev “Xəzər Lənkəran”la oyuna hazır olacaq
22.10.2010 - 14:34
“Bakı”yla oyuna yaxşı başlamışdıq. Mənim oyunum da yaxşı alınırdı. Amma epizodların birində əzələmdə ağrı hiss etdim. Ona görə də əvəzlənməyimi istədim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Emin İmaməliyev klubunun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqasının növbəti turunda oktyabrın 24-də Salyanda “Muğan”ın qonağı olacaq “Qarabağ”da zədəlilərin sayı daha da artıb. Belə ki, Emin “Bakı” ilə IV turdan təxirə salınmış oyunda aldığı zədə üzündən artıq ilk hissədə əvəzlənməli oldu. Əzələsini dartan yarımmüdafiəçi daha öncə zədələnən komanda yoldaşları Əfran İsmayılov, Maksim Medvedev və Samir Abasov kimi sıradan çıxıb: “Allaha çox şükür ki, həmin oyunda qələbə qazandıq. Zədəm elə də yadıma düşmədi. Müayinə zamanı məlum oldu ki, əzələ dartılması var. 2 gün istirahət etdim. Bu gündən yüngül qaçışa başlayıram. “Muğan”la oyunda iştirak etməyim sual altındadır. Tam hazır şəkildə oyuna çıxmaq istəyirəm. İnşallah, “Xəzər-Lənkəran”la oyuna tam hazır olacağam”.
Qeyd edək ki, “Qarabağ” ilk dövrəni gələn həftə “Xəzər Lənkəran”la ev oyunu ilə bitirəcək.

0
0