Elmir Əliyev: Bəziləri özlərini tərbiyəsiz aparırdılar
22.10.2010 - 15:02
“Komandamız oyuna hazırdır. Hazır olmasaydıq, Bakıya gəlməzdik. Ancaq 3 xal haqda düşünürük”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
Unibank Premyer Liqasının X turunda qərb təmsilçisi sabah “Neftçi”nin qonağı olacaq. Gəncəlilər oyun öncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəklər. Bu komandalar arasında keçirilmiş oyunlar həmişə gərginliyi ilə yadda qalıb. Ancaq bu dəfə fərqli fikirlər səsləndirilir. Hətta bəziləri əyalət təmsilçisinin bakılılara güzəştə gedəcəyini iddia edir: “Biz heç kimə kömək etmirik. Heç bizə də kömək edən yoxdur. Belə şey bizlik deyil. “Gəncə” müstəqil klubdur, məqsədimiz hər oyunda qələbə qazanmaqdır”.
Bir müddət öncə “Turan”la oyundan sonra yerli fan-klubların rəhbərləri ilə klub rəhbərliyi arasında müəyyən gərginlik yaranmışdı. Hətta bir qrup yerli azarkeş həmin oyunda “Turan”ı dəstəkləməkdən belə çəkinməmişdilər. Deyəsən, artıq buzlar əriyib. Çünki “Xəzər Lənkəran”la matçda yerli komandanı rekord sayda azarkeş dəstəkləyirdi: “Azarkeşlərlə yox, bir qrup adamlarla aramızda narazılıq yaranmışdı. Azarkeşlər həmişə bizi dəstəkləyiblər. Onlardan razıyıq. Bəziləri var ki, özlərini tərbiyəsiz aparırdı. Oyunun gedişində baş məşqçini istefaya səsləyirdilər. Halbuki, oyunu sona qədər gözləmək lazımdır. Cəmi 1 məğlubiyyətimiz var, onu da rəqib meydanında almışıq. Hər oyundan sonra bizə Qazaxıstandan, Moskvadan, Sankt-Peterburqdan təbrik zəngləri gəlir. Hətta sonuncu oyunumuzu izləmək üçün Almaniyadan da Gəncəyə azarkeşimi təşrif buyurmuşdu. Yenə deyirəm, bizim azarkeşlərdən deyil, özlərini gözə soxmaq istəyən bir qrup insandan narazılığımız var idi. Əsl fanatlarımız bizi Bakıda da tək buraxmayacaq”.

0
0