“Futbolçunun Azərbaycan Prokurorluğuna hansı ifadələri verdiyi mənə məlumdur”
22.10.2010 - 16:45
“Laşenkovun Azərbaycanda Baş Prokurorluq əməkdaşlarına Ukraynaya hüquqi yardım məqsədilə hansı ifadələr verdiyi mənə məlumdur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ukraynan Futbol Federasiyasının (UFF) vitse-prezidenti Sergey Storojenko deyib.
“Olimpik-Şüvəlan”ın sabiq kapitanı olan Sergey Laşenkov Ukraynanın “Karpatı” klubunda çıxış etdiyi zaman “Metallist”ə 0:4 hesabı ilə uduzduqları oyunu satdığı üçün ömürlük futboldan kənarlaşdırılmışdı. Düzdür, UFF-nın Apelyasiya Komitəsi sonradan məsələyə baxaraq, moldovalı müdafiəçinin cəzanı yüngülləşdirdi. Belə ki, Laşenkov 5 ildən sonra oynaya biləcək.
Storojenkonun sözlərinə görə, Sergey ölkəmizdə dindirilən zamanı insanlara böhtan atdığını etiraf edib: “O, birbaşa bəyan etdi ki, insanlara şər atıb və həmin vaxt müqaviləsi olan futbol klubundan getmək üçün belə deməyə məcbur imiş. O, həmin izahatı Ukrayna Futbol Federasiyasının Apelyasiya Komitəsinin yığıncağında da verdi. Bundan əlavə, şər atdığı insanlardan üzr istəyib”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0