“Neftçi”də çalışmaq böyük şərəfdir, lakin Hacı məni yanında görmək istəyir”
22.10.2010 - 17:13
"Neftçi" ilə müqaviləmin olmasına baxmayaraq, mənə "Qalatasaray"ın düşərgəsinə yollanmaq üçün şərait yaratdığına görə, klub prezidenti Sadıq Sadıqova təşəkkürümü bildirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq məşqçisi Cocvanni Melkiorre deyib.
Rumıniyalı Georgi Hacının Türkiyənin “Qalatasaray” komandasına baş məşqçi təyin olunmasından sonra bu kluba dəvət alan fiziki hazırlıq üzrə mütəxəssis artıq İstanbula yollanıb. İtaliyalı çalışdırıcı iş yerini dəyişməsi ilə bağlı fikirlərini “Neftçi”nin rəsmi internet saytına açıqlayıb: “Azərbaycanın ən köklü klubunda işləmək mənim üçün böyük şərəfdir. Amma Georgi Hacı ilə uzun illər çiyin-çiyinə çalışmışıq. Hazırda isə o məni yenidən məşqçilər korpusunda görmək istəyir".
Qeyd edək ki, bu gün "Qalatasaray" klubundan "Neftçi"yə məktub daxil olub. Məktubda komandanın fiziki hazırlıq üzrə məşqçisi Melkiorre danışıqlar aparmaq üçün İstanbula dəvət olunub. Çünki "Qalatasaray"a yeni təyin olunan baş məşqçi Georgi Hacı fiziki hazırlıq üzrə köməkçi kimi məhz Melkiorreni görmək istəyir.
İtalyan mütəxəssisin mövsümün sonunadək "Neftçi" ilə müqaviləsinin olmasına baxmayaraq, o, əvvəllər də çalışdığı Hacı ilə yenidən birlikdə işləmək üçün klub prezidenti Sadıq Sadıqovdan icazə istəyib. Bu haqda klub prezidentinin "Qalatasaray"ın idman direktoru Adnan Sezginlə telefon danışığı da olub. "Qalatasaray" məşqçi ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdıqdan sonra hər iki klub rəhbərliyi arasında danışıqlar davam edəcək.

0
0