Runi “Mançester Yunayted”lə 5 illik müqavilə imzaladı
22.10.2010 - 17:21
Ueyn Runinin “Mançester Yunayted”dən gedəcəyi barədə yayılan xəbərlər doğrulmayıb. Apasport.az saytının məlumatına görə, klubun rəsmi saytı 25 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanması haqda məlumat yayıb.
Ancaq Runinin yeni anlaşma ilə nə qədər qazanacağı açıqlanmır. Onun əvvəlki müqaviləsi 2012-ci ilin iyununa kimi idi. Komandanın baş məşqçisi Aleks Ferqyusonun sözlərinə görə, danışıqların son həftəsi asan alınmayıb. O, Runinin komanda qalması ilə bağlı qərarından razı qaldığını bildirib. Ueyn də yeni müqavilə bağladığından şad olduğunu bildirib. Hücumçu deyib ki, Ferqyuson və klubun sahibləri onu müqaviləni uzatmağa inandıra bilib.
Runi bu ayın ortasında baş məşqçisi ilə görüşü zamanı gedişi ilə bağlı qəti qərar verdiyini bildirmişdi. O, Ferqyusondan müqaviləsi bitəndən sonra onu buraxmağı xahiş edib. Mətbuat bunu baş məşqçi ilə futbolçu arasında münasibətlərin pisləşməsi ilə əlaqələndirib. Belə ki, Ferqyuson son oyunda Ueyni bir neçə dəfə əsas heyətə salmayıb. Runinin yeni müqavilə ilə ildə 14 milyon avro tələb etdiyi də bildirilirdi. Hücumçu əvvəllər ildə 4,77 milyon avro alırdı. Klub isə məbləği cüzi artırmağa razı idi.
Qeyd edək ki, Runinin xidmətində “Mançester Siti”, “Çelsi” və “Real” maraqlı idi.

0
0