Vüqar Nadirov gileyləndi: Qolu əziyyət çəkə-çəkə vururam
22.10.2010 - 23:04
“Muğan” yaxşı komandadır. Xüsusilə, öz meydanında daha yaxşı oynayır”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın və “Qarabağ” klubunun hücumçusu Vüqar Nadirov deyib.
Bu gün Salyanda yerli komandanın qonağı olacaq Ağdam təmsilçisi oyun öncəsi son məşqini Bakıda reallaşdırıb. Məsafənin yaxınlığını nəzərə alan komanda səfərə oyun günü yollanacaq. Son vaxtlar qol vura bilməyən Nadirov indi bunun yollarını axtarır.
Belə ki, futbolçu 90 dəqiqə meydanda işlədiyini, amma qol vura bilmədiyini, bunun isə bəxtdən də asılı olduğunu bildirib: “Hər şey var, yeganə problemim qol vura bilməməkdir. Ötən il də belə olmuşdu. “Naxışım” yoxdur. Təbii ki, qol vurmaqda bəxt amilinin də rolu var. Qolu əziyyət çəkə-çəkə vururam”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0