Peleni həmyerlimizlə birgə oynamağa qoymadılar
22.10.2010 - 18:00
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubu bu gün Türkiyə çempionatında növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın startına az qalmış həmyerlimizin komandasında gözlənilməz hadisələr yaşanıb. Belə ki, komandanın baş məşqçisi Bülənt Uyğun əsas heyət oyunçusu Pelenin adını “18-liy”ə daxil etməyib.
Mütəxəssis IX turun “Karabükspor”la oyunu ərəfəsində atılan bu addımı belə izah edib: “Hamı məşqdə çalışmalıdır. Kim necə hazırlaşsa, bunun da qarşılığını alacaq. Pelenin məşqdəki durumundan narazı qaldım və onu “18-liy”ə daxil etmədim”.
Əvəzində zədədən yeni sağalan Burhan və Sərdar heyətə daxil edilib. Tello isə hələ də tam bərpa olmayıb.
Qeyd edək ki, Rəşadın ötən tur olduğu kimi, yenə start heyətində yer alacağı gözlənilir.

0
0