Mahir Şükürovun problemi həll olunacaq
22.10.2010 - 20:03
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov bilyard oynamaq imkanı əldə edəcək. Apasport.az saytının məlumatına görə, Dağıstanın prezidenti Məhəmməd Salam Məhəmmədov 28 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi “Anji” klubuna bilyard stolu söz verib. O, klubun bazasına baş çəkərək rəhbərlik, məşqçilər heyəti və futbolçularla görüşüb.
Mahir və komanda yoldaşları ilə təxminən bir saat söhbət edən Məhəmmədov onların problemlərini dinləyib və söz verib ki, oyunçuları narahat edən məsələlər həllini tapacaq. Yəni, futbolçuların şikayətləndiyi iki problem qaydasına qoyulacaq: bazada internetin sürəti düzələcək və bilyard stolunun quraşdırılacaq.
Respublika prezidenti “Anji”nin Dağıstan üçün əhəmiyyət kəsb etdiyini vurğulayaraq komandanın nəticələrinin gələn mövsüm daha yaxşı olacağına əminliyini bildirib. Məhəmmədov yeni sponsorların hesabına maliyyə dəstəyinin də artırılacağını vəd edib.

0
0