Svansiqer yenə Bakıya gələcək
22.10.2010 - 20:19
Almaniya Futbol İttifaqının prezident seçkiləri keçirilib. Apasport.az saytının məlumatına görə, quruma rəhbərlik edən Teo Svansiqer yenidən bu posta seçilib. Bu isə o deməkdir ki, ardıcıl ikinci dəfə seçmə mərhələdə Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Almaniya yığmasının gələn ilin iyunundakı Bakı səfərinə də məhz Svansiqer başçılıq edəcək.
Qeyd edək ki, 2004-cü ildən quruma rəhbər seçilən futbol funksioneri 2 il Herhard Meyer-Forvelderlə şərikli prezidentlik edib. Son 4 ildə isə Svansiqer qurumun yeganə rəhbəri olub. Onun başçılığı altında Bundestim dünya çempionatlarının 2 bürünc və Avro-2008-in gümüş medallarını qazanıb.

0
0