Fit çalan qapıçı cəzalanacaq
22.10.2010 - 20:33
UEFA İspaniyanın “Barselona” klubunun qapıçısı Xose Pintonu cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, buna qolkiperin Çempionlar Liqasının qrup mərhələsinin III turunun “Kopenhagen”lə matçdakı hərəkəti səbəb olub. Belə ki, o, matçın 26-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə yol verib. Həmin vaxt kataloniyalılar 1:0 hesabı ilə öndə olsa da Danimarka çempionu qol vurmaq üçün real imkan əldə edib. “Kopenhagen”in hücumçusu Sezar Santim Pinto ilə təkbətək çıxıb. Fit çalındığı üçün danimarkalı dayanıb və bununla da hücum yarımçıq qalıb. Sonradan məlum olub ki, həmin fiti matçın hakimi yox, məhz Pinto çalıb. Hakim ona sarı vərəqə göstərməsə də “Kopenhagen” UEFA-ya şikayət məktubu göndərib və Nizam İntizam Komitəsi ona müvafiq cəza verəcək.
0
0