MOİK baş məşqçisini qovdu
22.10.2010 - 23:23
Sofiya MOİK-nin baş məşqçisi Qjor Yovanovski işindən kənarlaşdırılıb. Apasport.az saytının xəbərinə görə, klub prezidenti Dimitar Borisov bildirib ki, Avropa Liqasının qrup mərhələsinin III turunda Vyana "Rapid"inə 0:2 məğlubiyyət 54 yaşlı makedon mütəxəssisə etimadın puç olması ilə nəticələnib: "Ötən həftələrdə komandanın sürəkli üzləşdiyi uğursuzluqlardan sonra başqa çarəmiz qalmadı".
Bolqarıstan çempionatının cari mövsümündə 10 matçdan sonra 13 xalla turnir cədvəlinin 9-cu pilləsində olan MOİK Avropa Liqasının L qrupunda "Portu", "Beşiktaş" və "Rapid"dən sonra xalsız olaraq sonuncu yerdədir.
Yovanovski MOİK-də son 1 ildə vəzifəsindən kənarlaşdırılmış 7-ci baş məşqçidir. O, 9 həftə əvvəl Pavel Doyevin yerinə təyin edilmişdi. Baş məşqçi vəzifəsinə potensial namizədlər Saşo Borisov və Milen Radukanovdur.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0