Messi üçün rekord məbləğ
22.10.2010 - 23:25
"Barselona"nın baş məşqçisi Xosep Qvardiolanın dediyinə görə, komanda lideri Lionel Messini yalnız 250 milyon avronun müqabilində satmağa razılıq verəcək. Apasport.az saytının xəbərinə görə, Katalon klubunun çalışdırıcısının argentinalı hücumçu barədə açıqlaması "İnter"in Messinin transferində maraqlı olması barədə xəbərlərlə bağlıdır: "Əgər "İnter"in prezidenti Massimo Moratti bizə 250 milyon avro verərsə və Leo da komandanı tərk etmək fikrinə düşərsə, onda razılaşa bilərik. Mən biləni, Messi bizi tərk etmək istəmir. Belə məsələlərdə isə son söz həmişə futbolçunun olur".
23 yaşlı Messi peşəkar futbolçu karyerasına başlayandan bəri "Barselona"nın heyətində oynayır. O, 4 dəfə İspaniya primerası, bir dəfə İspaniya Kuboku, 3 dəfə İspaniya Superkuboku, 2 dəfə Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionatında qalib gəlib.
Messi Argentina yığmasının heyətində DÇ-2006 və DÇ-2010-da, habelə argentinalıların qızıl medal qazandıqları Pekin Olimpiadasında oynayıb. 2009-cu ilin nəticələrinə görə dünyanın ən yaxşı futbolçusu seçilmiş Messi "Qızıl top" və "Brilyant top" mükafatlarını alıb.

0
0