Rəşad Sadıqov: 3 ulduz və 6
23.10.2010 - 09:33
Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubundakı ikinci oyunu da uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçimiz ardıcıl ikinci qələbədə pay sahibi olmaqla yanaşı, meydanda ən yaxşı futbolçulardan biri olub. Belə ki, Türkiyə mətbuatı həmyerlimizin Superliqanın IX turunun “Kardemir Karabükspor”la qarşılaşmasındakı çıxışını yüksək qiymətləndirib.
Futbolçuların əməyini 3 ulduzlu sistemlə qiymətləndirən türk həmkarlarımız Rəşadı ən yüksək xala layiq bilib. Onlar həmyerlimizi komandasının digər 4 yaxşı futbolçusu ilə yanaşı - ən yüksək 3 ulduzla dəyərləndirib. Oyunçulara rəqəmlərlə qiymət verən həmkarlarımız isə Sadıqovu “6”ya layiq bilib. Yalnız “Kardemir Karabükspor”la matçın iki ən yaxşısı, müdafiəçimizin komanda yoldaşları Sezgin və Erkan Zengin daha yüksək – 7 xala layiq görülüb.
Qeyd edək ki, komandasının 2:1 hesabı ilə səfər qələbəsi qazandığı matçda Sadıqov sarı vərəqə ilə də cəzalanıb.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0