“Futbolçular Raykaarda yox, “Qalatasaray”a xəyanət etdilər”
23.10.2010 - 11:43
“Qalatasaray”dan istefaya göndərilən hollandiyalı məşqçi Frank Raykaardın tərcüməçisi Mustafa Yücədağ maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə Türkiyədə “NTV Spor” kanalında canlı yayına çıxan Yücədağ, bəzi futbolçuların məşqçiyə quyu qazdığını deyib: “Ankaragücü” ilə oyunda bəzi futbolçular qəsdən oynamadı. Onlar Raykaarda yox, “Qalatasaray”a xəyanət etdilər”.
Qeyd edək ki, “Qalatasaray” “Ankaragücü”nə 2:4 hesabı ilə məğlub olub. Frank Raykaard da bu görüşdən az sonra istefaya göndərilib. Məşqçi ilə yanaşı onu tərcüməçisi Mustafa Yücədağ da işini tərk etməli olub.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0