Mahir Şükürov Rusiyada daha iddialı klubun maraq dairəsində
23.10.2010 - 12:00
Mahir Şükürov şərəfini qoruduğu Rusiyanın “Anji” klubunu tərk edə bilər. Apasport.az saytının məlumatına görə, buna 28 yaşlı yarımmüdafiəçinin şimal qonşularımızın digər komandasından aldığı təklif səbəb olub.
Belə ki, özünü Premyer Liqada yaxşı tərədən göstərən Mahir daha iddialı klublardan birinin maraq dairəsinə düşüb. Adı açıqlanmayan həmin klub “Anji”dən fərqli, güclülər dəstəsində qalmaq uğrunda deyil, avrokuboklara vəsiqə üçün mübarizə aparır. Komandanın məhz bu iddiası da həmyerlimizin ürəyincədir. Aşağı diviziona düşəcəkləri halda, ümumiyyətlə komandada qalmaq istəməyən Şükürov yeni “müştəri”sinə “hə” demək niyyətindədir. Bundan sonra isə həmin klub “Anji” ilə danışıqlara başlayıb dağıstanlılarla 3 illik müqaviləsinin hələ 2 ildən artıq hissəsi qalan Mahirin transferinin qiymətini razılaşdıracaq.
Qeyd edək ki, allergiyadan əziyyət çəkən Mahir müalicə olunmaq üçün vətənə qayıtdığından “Anji”nin bu tur “Zenit”ə qarşı keçirəcəyi matçda oynamayacaq.

0
0