Fabio Rəşad Sadıqovun yanına gedir
23.10.2010 - 14:34
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun çıxış etdiyi “Əskişəhırspor” müdafiənin mərkəzini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, iki turdur komandanın baş məşqçi postuna gələn və ardıcıl qələbələrin memarı olan Bülənt Uyğun 28 yaşlı müdafiəçimizlə kifayətlənmək niyyətində deyil. Türkiyəli mütəxəssis Rəşadla yanaşı oynayacaq daha bir səviyyəli mərkəz müdafiəçisinin transferində maraqlıdır.
Həmyerlimizdən razılığını durmadan açıqlayan Uyğun Braziliya milli komandasının sabiq oyunçusu Fabio Biliçanı komandasında görmək istəyir. Onun rəhbərliyi altında “Sivasspor”da oynamış 31 yaşlı arxa xətt oyunçusu ötən yay keçdiyi “Fənərbaxça”da əsas heyət üzvü olmadığından “Əskişəhərspor”a keçməyin əleyhinə deyil.
Bu, komandasını braziliyalılardan “təmizləmək” niyyətində olan Aykut Kocamanın da siyasətinə uyğun gəlir. Biliçanın icarəyə veriləcəyi ya da transferinin bir dəfəlik həll olunacağı isə hələ dəqiqləşməyib.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0