Millimizin kapitanı Türkiyə kubokuna çox yaxındır
23.10.2010 - 15:18
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubu avrokuboklara vəsiqə qazanmaq iddiasındadır. Apasport.az saytının məlumatına görə, bu iddianı klubun baş məşqçisi Bülənt Uyğun açıqlayıb.
O, Superliqanın IX turunun “Kardemir Karabükspor”la görüşündən sonra bildirib ki, qarşıdan gələn Türkiyə kubokunun oyunları “Əskişəhərspor” üçün çox vacibdir: “Bu yarışda uğur qazanmaq istəyirik. Hiss edirəm ki, Türkiyə kuboku bizim üçün əlçatmaz deyil, əksinə çox yaxındır”.
Ölkə kubokunu qazanmaqla Avroliqaya vəsiqə əldə etməyi arzulayan Uyğun yetirmələrindən hələ ki, tam razı deyil: “Komandamızın çoxlu sayda çatışmazlıqları var. Bunları qısa zaman kəsiyində aradan qaldırmalıyıq. Buna nail olmaqla “Əsloşəhərspor”u daha yüksək yerlərə qaldırmağa çalışacağıq”.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0