MOİK-dən “Gəncə”yədək
23.10.2010 - 17:26
MOİK-dən “Gəncə”yədək
“Neftçi”nin müdafiəçisi Denis Silva komandasında qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının X turunun “Gəncə” ilə matçında fərqlənən 25 yaşlı braziliyalı futbolçu flaqmanın heyətindəki ilk qolunu 9-cu matçında vurub.

Bu, ümumilikdə Denisin Azərbaycan çempionatlarında 4-cü belə uğurudur. Müdafiəçi əvvəlki 3 qolunu “Xəzər Lənkəran”ın heyətində vurub. Denisin sonuncu topu isə 2009-cu il martın 21-ə təsadüf edib.

2008/09 mövsümünün həmin matçında cənubi amerikalı “Xəzər Lənkəran”ın MOİK-lə görüşündə fərqlənmişdi. Silva növbəti qolunu 581 gündən sonra gəncəlilərin qapısına vurdu.