Toni Adams: Hava şəraiti oyunu korladı
23.10.2010 - 18:32
Toni Adams: Hava şəraiti oyunu korladı
Unibank Premyer Liqasının X turunun açılış oyununda "Qəbələ" doğma meydanda AZAL klubunu qəbul etdi. Apasport.az saytının xəbərinə görə, yağış və dumanlı hava şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı. Görüşdən sonra komandaların baş məşqçiləri fikirlərini bildiriblər.

Nazim Süleymanov ( AZAL): "Hava şəraiti bugünkü oyuna təsir etdi. Rəqib komandanın futbolçuları autdan və cərimə zərbələrindən ötürmələrlə qapımız önündə təhlükəli epizodlar yaratdılar. İlk hissədə çox gözəl oyun göstərdik, bir neçə qol imkanından istifadə edə bilmədik. Bu, futboldur, bu gün heç bir komanda qələbə qazanmasa da, dostluq qalib gəldi”.

Toni Adams (Qəbələ): "AZAL klubu çox yaxşı komandadır. Son turda ölkə çempionunu 5:0 hesabı ilə məğlub etdilər. Bugünkü oyunda da bizə qarşı çox yaxşı oynadılar. Bilirdik ki, AZAL əks-hücumdan çox yaxşı istifadə edir. “Qəbələ” və AZAL daha yaxşı oyun göstərə bilərdilər, lakin hava şəraiti oyunu korladı. Bugünkü qarşılaşmada müdafiəçilərə daha çox yük düşdü. Hər iki komandanın müdafiə xətti əla oynadı. 1 xal qazandığımız üçün razıyam”.