“İnter” üçüncü pillədə, “Bakı” yerində sayır
24.10.2010 - 18:54
“İnter” üçüncü pillədə, “Bakı” yerində sayır
Bu gün Unibank Premyer Liqasında keçirilən 3 görüşlə X tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, günün 2 qarşılaşması “Şəfa” stadionunda, digəri Salyanda baş tutub ki, qapılara vurulan bütün qollar da paytaxtda qeydə alınıb.

Əvvəl autsayderlər qrupunda qərarlaşan MOİK və “Simurq” uğursuz seriyalarına son qoymağa çalışıblar. Mövsümdə ilk qələbəsini qazanan zaqatalalılar iki cavabsız qola sevinib. Hərbçilərin ardıcıl məğlubiyyətləri isə by dəfə də davam edib.

Salyanda keçirilən görüşdə isə son turlar enişdə olan “Muğan” və liderlərə ayxınlaşan “Qarabağ” üz-üzə gəlib. Üçüncü pilləyə yüksəlmək imkanı olan ağdamlılar bundan yararlana bilməyərək Bakıya 1 xalla qayıdıblar.

Turun son matçı isə Azərbaycan Superkubokunu xatırladıb. Belə ki, son çempionla “İnter”lə kubokun sahibi “Bakı” ilə üz-üzə gəliblər. Son matçlara uğursuz çıxış edən paytaxt klublarının derbisində cmi 1 qol vurulub. Bu erkən qol çempionu üçüncü pilləyə daşıyıbsa, “Bakı”nı liderlərdən daha da uzaq düşüb.

23 oktyabr

"QƏBƏLƏ" - AZAL - 0:0
Hakimlər: Ceyhun Haşımov, İlham Əliyev, Habil Əliyev, Fuad Həsənov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

"NEFTÇİ" - "GƏNCƏ" - 6:2
QOLLAR: Denis Silva, 2; Flavinyo, 22; Nasimov, 69; Mpenza, 70; İmamverdiyev, 86; Araz Abdullayev, 90 - Sabir Allahquliyev, 18; Junivan, 82
Hakimlər: Elçin Məmmədov, Aydın Ələkbərov, Elşən Acalov, Zahid Həşimov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
39-cu dəqiqədə Mətləb Məmmədov (Gəncə) qırmızı vərəqə alaraq, meydandan qovulub.

"XƏZƏR LƏNKƏRAN" - "TURAN" - 2:0
QOLLAR: Uinston Parks, 7; Katalin Doman, 14
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Coşqun Həsənov, Tahir Əhmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

24 oktyabr

MOİK - "SİMURQ" - 0:2
QOLLAR: Mikayıl Rəhimov, 23; Baçana Sxadadze, 89 (p)
QIRMIZI VƏRƏQƏ: Davud Kərimi, 89 (MOİK)
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Yaşar Abbasov, Rövşən Əhmədov
Bakı. "Şəfa" stadionu

"MUĞAN" - "QARABAĞ" - 0:0
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İsgəndər Əliyev, Orxan Məmmədov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu

18:00. "İNTER" - "BAKI" - 1:0
QOL: Danildo Assioli, 5
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Munis Abdullayev, Əmrah İbrahimov
Bakı. "Şəfa" stadionu

TURNİR CƏDVƏLİ

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

10

7

2

1

23-6

23

2

Xəzər Lənkəran

10

6

3

1

12-5

21

3

İnter

10

6

1

3

8-8

19

4

AZAL

10

5

3

2

14-6

18

5

Qarabağ

10

5

3

2

12-6

18

6

Qəbələ

10

4

2

4

8-7

14

7

Gəncə

10

3

5

2

17-15

14

8

Bakı

10

3

3

4

12-13

12

9

Muğan

10

2

4

4

6-9

10

10

Simurq

10

1

3

6

9-18

6

11

MOİK

10

1

1

8

4-22

4

12

Turan

10

0

4

6

7-17

4


Bombardir: Bahodir Nasimov (Neftçi) - 11