Qurban Qurbanov, Vlastimil Petrjela və Arif Əsədov
24.10.2010 - 12:16
“Neftçi”nin 3 illik həsrətinə son qoyulub. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının X turunun “Gəncə” ilə qarşılaşmasında 6 qol vuran bakılılar 3 ildən artıq idi ki, belə məhsuldarlıq göstərmirdi. Arif Əsədovun yetirmələri azarkeşlərinə sonuncu dəfə 2007-ci ildə yaşadıqları sevinci bəxş etdi.
Belə ki, “Neftçi” sonuncu dəfə məhz 2007-ci ildə 1 oyuna 6 və ya daha çox qol vurmuşdu. Həmin son belə qarşılaşma ölkə kubokunun “Şahdağ”la görüşünə təsadüf etmişdi. Sentyabrın 26-dakı matçda Vlastimil Petrjelanın yetirmələri qusarlıların qapısından 7 cavabsız top keçirmişdi – 7:0. Bu isə o deməkdir ki, paytaxt təmsilçisi 1124 gündən sonra yenə yüksək məhsuldarlıq göstərdi.
Azərbaycan çempionatlarındakı 6 qol həsrəti isə daha uzun sürüb. Belə ki, həmin 2007-ci ilin avqustunun 18-dən sonra “Neftçi” heç bir rəqibinə bu qədər qol vurmurdu. 1163 gün əvvəlki matçda isə Qurban Qurbanovun yetirmələri “Gənclərbirliyi”ni topa tutmuşdular. Maraqlıdır ki, “Gəncə”ilə matçda olduğu kimi, sumqayıtlılarla matç da 6:2 hesabı ilə bitmişdi.
Vüqar XEYRULLAYEV

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0