Buterbrod aksiyası
24.10.2010 - 12:45
“Parma” azarkeşləri klub rəhbərliyinə qarşı etiraz aksiyası keçirəcək. Apasport.az saytının məlumatına görə, fanatlar “Roma” ilə matçın yerli vaxtla səhər saat 11:30-da başlamasının əleyhinə çıxıblar.
Görüşün belə erkən başlamasından incik düşən azarkeşlər qarşılaşma zamanı səhər yeməyi ilə qidalanmağa qərar veriblər. Belə ki, Şimal tribunasına toplaşanların hamısı buterbrod yeyə-yeyə oyunu izləyəcək. Bu isə klub rəhbərliyinə hələ səhər yeməyinin vaxtı olduğunu işarə etmək anlamına gəlir.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0