“İlk qələbəmizi qazandığımız üçün şadam”
24.10.2010 - 15:32
“İlk qələbəmizi qazandığımız üçün şadam”
“Mövsümdə ilk qələbəmizi qazandığımız üçün şadam. Bunu çoxdan gözləyirdik, qələbəyə layiq olduğumuzu düşünürəm. Hər iki komanda üçün turnir cədvəlində irəliləmək baxımından prinsipial qarşılaşma idi. Gözəl oyun olmasa da, komandaların qalib gəlmək istəyi yüksək idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Zaqatala təmsilçisi bu gün Unibank Premyer Liqasında ilk qələbəsini qazandı. Komandanın makedoniyalı çalışdırıcısı bildirib ki, əvvəlki bir sıra oyunlarda son dəqiqələrdə buraxdıqları qollarla məğlub olmuşdular: “Bu, futbolçularda həyəcan yaradırdı. İnanıram ki, bugünkü qələbədən sonra futbolçuların özünəinamı daha da artacaq. MOİK-in heyətində ulduz futbolçu olmasa da, "Qarabağ" və "Bakı" kimi klublara qarşı mübarizə aparıblar”.