“Komandada yorğunluq var idi”
24.10.2010 - 17:17
"Bu oyunda 3 xal qazanmaq istəyirdik. Əgər buna nail olsaydıq artıq liderlərə catacaqdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
38 yaşlı mütəxəssis Unibank Premyer Liqasının X turunun “Muğan”la görüşündən sonra keçirilən mətbuat konfransında qolsuz heç-heçəyə təəssüfləndiyini bildirib: “Təəssüf ki, qalib gələ bilmədik. Bu, futboldur, futbolda hər şey olur. "Muğan" birinci hissədə müdafiə futbolu oynadı və çox yaxşı müdafiə olundu. Bundan əvvəl "Simurq" və "Bakı" komandaları ilə ağır oyunlarımız oldu. Komandada yorğunluq da var idi, ona görə də bu oyunda özlərini tam göstərə bilmədilər".
Mənbə: pfl.az

0
0