Milli komandanın futbolçusu ofisiantın burnunu sındırdı
25.10.2010 - 08:52
Rumıniya yığmasının futbolçusu Adrian Mutu yenidən qalmaqalla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, dopinqlə bağlı cəzasının müddəti bu ayın sonunda bitən hücumçu oynadığı İtaliyanın “Fiorentina” klubunun heyətində bir daha meydana çıxmamaq riski ilə üzləşib.
Məsələ ondadır ki, Mutu ofisianta ciddi xəsarət yetirərək, onu xəstəxanalıq edib. Səhər saat 5-də Florensiya şəhərinin mərkəzindəki restoranı tərk edən Adrian spirtli içkinin pulunu verməkdən imtina edib. O, bunu həmin restoranın sahibi ilə razılaşması ilə əsaslandırıb. Ancaq ofisiant bununla razılaşmadığı halda, futbolçu qollarını işə salıb. Mutunun yumruğu nəticəsində ofisiantın burnu sınıb.
“Fiorentina”nın prezidenti Andrea Della Valle Adrianla bağlı ən sərt tədbirlər atacaqlarını bildirib: “Bu, rüsvayçılıqdır. Komanda çətin vəziyyətdədir və bu hərəkətlərin indi heç yeri yoxdur. Biz polisdən məlumat gözləyirik. Mən artıq Mutu ilə görüşmüşəm, ancaq nə sözlər dediyimi təkrarlamağımı xahiş etməyin. Sizin məqalənizi uşaq oxuya bilər”.
Baş məşqçi Sinişa Mihayloviç isə Adrianın müdafiəsinə qalxıb: “Onun xidmətindən imtina etmək fikrində deyilik. Mutu mənim üçün çox vacib oyunçudur. Ona həmişə yer taparam”.
Qeyd edək ki, “Fiorentina” cari mövsümdə autsayderlər sırasında olduğundan, Mihayloviç özü gedə bilər.

0
0