“Xəzər Lənkəran”ın hücumçusu Türkiyədə əməliyyat olundu
25.10.2010 - 09:34
“Xəzər Lənkəran” klubunun nigeriyalı futbolçusu Emeka Opara Türkiyədə cərrahiyyə əməliyyatı olunub. Bu haqda apasport.az saytına məlumat verən klubun təcrübəli həkimi Boris Xetaqurov hücumçunu İstanbulda tanınmış türkiyəli həkim, professor Ömər Taşerin əməliyyat etdiyini bildirib.
Xetaqurovun sözlərinə görə, Oparanın diz nahiyəsində problem yaranıb: “Bu, yaxınlarda Antalyada keçdiyimiz təlim-məşq toplanışında yarandı. Emeka menisk zədəsindən əziyyət çəkirdi. Onun əməliyyat olunmasına ehtiyac vardı və tanınmış türkiyəli həkim Ömər Taşerin yanına göndərdik. Həmkarımla əlaqə yaratmışam və əməliyyatın uğurlu keçdiyini deyə bilərəm. Emeka çərşənbə günü geri dönəcək. O, üç həftədən sonra komandamızla məşqlərə başlaya biləcək. Digər əməliyyat olunmuş futbolçularımız – gürcü Davit İmedaşvili ilə braziliyalı Dieqo Qusmao artıq komanda ilə birgə çalışırlar”.
Qeyd edək ki, Taşer “Xəzər Lənkəran”ın bir sıra futbolçularını əməliyyat edib.
Mehman SÜLEYMANOV

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0