“Əskişəhərspor” Rəşad Sadıqovu qoruyacaq
25.10.2010 - 10:15
Bu həftə Türkiyə kubokunun pley-off mərhələsinin oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” klubu aşağı dəstə təmsilçisi “Dənizlispor”la qarşılaşacaq. Oktyabrın 27-də baş tutacaq qarşılaşmada 28 yaşlı müdafiəçimizin oynamayacağı gözlənilir.
Belə ki, bu oyunda meydan sahibi kimi çıxacaq “Əskişəhərspor”un baş məşqçisi Bülənt Uyğun həmyerlimizi qarşıdakı matçlar üçün qorumaq niyyətindədir. Kubokun pley-off oyununda əvvəlki görüşlərdə “18-liy”ə düşə bilməyən futbolçulara bel bağlayacaq çalışdırıcı oyun praktikası olmayanlardan Ümit Karan və Tellonu da meydana buraxmaq niyyətindədir. Rəşadın zəif rəqiblə qarşılaşmada istirahət etməsinə daha bir səbəb isə onun Superliqanın son turunda aldığı zədə ilə bağlıdır.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0