Qyoko Hacıyevskinin 399 günü, düşərli “Şəfa” və görünməmiş qələbə
25.10.2010 - 10:27
Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski Azərbaycanda növbəti qələbəsini görmək üçün 399 gün gözləməli oldu. Apasport.az saytının hesablamalarına görə, makedoniyalı mütəxəssis sonuncu qələbəsini “Bakı” klubunu çalışdırdığı vaxtda, ötən mövsümün V turunda sentyabrın 20-də “Olimpik-Şüvəlan”ı səfərdə 1:0 hesabı ilə yenən zamanı qazanmışdı. Maraqlıdır ki, Hacıyevski yenə səfərdə, yenə “Şəfa” stadionunda sevindi. Bu, Unibank Premyer Liqasının son turunda oktyabrın 24-də MOİK-lə görüşdə 2:0 hesablı qələbə ilə reallaşdı. Özü də bu oyunda milli çempionatlarımız tarixində görünməmiş hadisə baş verdi.
Belə ki, 90-cı dəqiqədə MOİK-in qapıçısı Davud Kərimi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarıldı və penalti zərbəsinə səbəbkar oldu. “Hərbçilər”in əvəzetmə limiti dolduğundan, sahə oyunçusu qapıda durmalı oldu. Samir Babayev “Simurq”un gürcü hücumçusu Baçana Sxadadzenin penalti zərbəsinə heç reaksiya da göstərə bilmədi. 5 illik tarixində ən zəif mövsümünü keçirən “Simurq” cari çempionatda ilk qələbəsini yalnız X turda autsayder üzərində qazandı. Bu, eyni zamanda zaqatalıların ilk dəfə qol buraxmadığı oyun oldu.
Qeyd edək ki, Hacıyevski bir il öncə istefa verdiyi “Bakı”nı rekordçu kimi tərk edib. O, bu adla komandanı tarixində ən çox oyuna çıxaran baş məşqçidir – 70 oyun. Düzdür, bu görüşlərdən “Xəzər Lənkəran”la səfər oyunu yağış üzündən sona kimi başa çatdırılmayıb. “Bakı”da olduğu müddətdə 4 ay yığmamızı da çalışdırmış Hacıyevski 69 oyunda 36 qələbə qazanıb, 17 heç-heçə edib, 16 dəfə uduzub. 2007-ci ilin sentyabrın əvvəlində ölkəmizə gələn makedoniyalı mütəxəssisin ilk qələbəsi həmin mövsümün V turunda evdə “Masallı” ilə görüşdə olub – 2:1. Hacıyevski ardından “Neftçi”ni də Tofiq Bəhramov adına Respublika stadionunda da yenməklə (5:1), rəqibini tarixi ərzində ən böyük hesabla məğlub edən çalışdırıcı oldu.
Mehman SÜLEYMANOV

0
0