Berti Foqts Yoahim Lövü də arxada qoydu
25.10.2010 - 11:18
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 1996-2009-cu illərin ən yaxşısı sorğularının nəticələrini ümumiləşdirən qurumun cədvəlində 211 mütəxəssis yer alıb.
Siyahının aşkar lideri Aleks Ferqyusondur. 24 ildir “Mançester Yunayted”i çalışdıran mütəxəssisin hesabında 207 xal var. 14 ilin yekununa əsasən II pillədə Arsen Venger qərarlaşıb. “Arsenal”ın fransalı baş məşqçisinin 172 xalı var. Üçüncü olan İtaliya yığmasının çalışdırıcısı Marçello Lippi ondan 26 xal geri qalır.
Siyahının IV pilləsində isə Lippidən cəmi 1 xal geri qalan Qus Hiddink qərarlaşıb. Ötən seçmə mərhələdə Rusiya, bu dəfə isə Türkiyə yığmasının sükanı arxasında millimizə rəqib olan hollandiyalı bizə də tanış məşqçidir. Cəmi 13 gün əvvəl yığmamız onu Bakıdan məyus yola salmışdı.
İFFHS-in siyahısında Azərbaycanda çalışan 2 alman mütəxəssis də yer alıb. Millimizin baş məşqçisi Berti Foqts 1996-cı ildə Avropa çempionluğuna daşıdığı Almaniya yığmasındakı fəaliyyətinə görə topladığı 43 xalla 34-35-ci yerləri bölüşür. Onun şəriki isə eyni sayda xal toplayan məşhur Lui van Qaldır. Foqtsun qabaqladığı məşqçilər aarsında 39 xalı olan Yoahim Löv və ondan da 2 xal az toplayan Fatih Terim də var.
“Bakı”nın baş məşqçisi Vinfred Şafer isə 22 xalla 76-78-ci yerləri bölüşür. Onun şərikləri arasında digər hollandiyalı, bu ölkənin yığmasının indiki baş məşqçisi Bert van Marveyk də var.

0
0