Azərbaycan millisi Portuqaliyada antirekorda imza atdı
25.10.2010 - 11:30
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şimali İrlandiya ilə oyununda yeni antirekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin Portuqaliyada keçirilən qrup oyununda 0:6 hesabı ilə uduzan yığmamız tarixinin ən acınacaqlı məğlubiyyətini alıb. Belə ki, 1994-cü ildən qitə birinciliklərinə qatılan futbolçularımız 16 illik tarix ərzində heç vaxt 6 top fərqi ilə uduzmamışdılar. Adil Şükürovun yetirmələri isə buna imza atmaqla əvvəl U-16, sonra U-17 adı altında çıxış edən komandamızın ən ağır məğlubiyyətinin müəllifi oldular.
Qeyd edək ki, yığmamız tarixi ərzində ən pis halda 4 top fərqi ilə uduzurdu. Millimiz Macarıstana (2001/02), İsrailə (2005/06) və Serbiyaya (2006/07) 1:5, Uelslə (2003/04) İngiltərəyə (2009/10) 0:4 hesabı ilə uduzmuşdular.

- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0