UEFA Bakıda seminar keçirəcək
25.10.2010 - 11:35
Ölkəmizdə futbolun kütləviləşdirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər UEFA tərəfindən yüksək qiymətləndirildiyindən beynəlxalq qurum növbəti seminarını Bakıda keçirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, noyabrın 1-dən 4-ə qədər ölkəmizin paytaxtında “Azərbaycanda Kütləvi Futbol” mövzusunda seminar keçiriləcək. Tədbirdə Macarıstan, Serbiya və Latviya Futbol Federasiyalarından olan nümayəndə heyətləri iştirak edəcəklər. Seminarda Azərbaycanda kütləvi futbolun inkişafı üçün müəyyənləşən layihələr, həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər barədə danışılacaq, təcrübə mübadiləsi aparılacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0