Əfran İsmayılov: “Muğan”la oyunda 1 xal da pis deyil
25.10.2010 - 12:15
“Oktyabrın 22-dən Bakıdayam. Təxminən 2 həftədən sonra komanda ilə məşqlərə başlayacağam. Hələ ki, fərdi şəkildə hazırlaşıram. Yüngül qaçışlar və topla oynayıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Artıq 2 aydan çoxdur yaşıl meydanlardan uzaq düşən futbolçu geri dönməyə hazırlaşır. Əməliyyat olunduqdan sonra bərpa prosesini də Türkiyədə keçirən İsmayılov komandasına II dövrədən etibarən kömək edəcək. O, bir aydan sonra yenidən Türkiyəyə dönə bilər: “Ayağımı gücləndirirəm. Baş məşqçimiz olan Qurban müəllimlə danışmışam, II dövrədən etibarən komandaya kömək edəcəyəm. Noyabrdan etibarən meydana çıxa bilərəm. Qarşılaşmanın sonuna 5-10 dəqiqə qalmış oynaya bilərəm. Ancaq istəyirəm ki, zədəmi tam sağaldım, sonra oynayım. Hazırda Türkiyədəki həkimlərimin verdiyi plan əsasında çalışıram. Ola bilsin, bir aydan sonra yenidən qardaş ölkəyə yollanım və yenidən müayinə olunum”.
İsmayılov bazar günü keçirilən “Muğan” – “Qarabağ oyunu haqda da danışıb. O, komandasının yaxşı oynadığını söyləyib: “Oyuna evdə baxdım. “Qarabağ” öz oyununu göstərdi. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Qarşıdakı oyunlar haqda düşünməliyik. 1 xal da pis deyil. Amma qələbə qazansaydıq, həm üçüncü pilləyə yüksələcəkdik, həm də liderlərə yaxınlaşacaqdıq”.
Öz mövqeyində çıxış edən komanda yoldaşları haqda da xoş sözlər söyləyən Əfran yeganə problemin qol vurmamaqla bağlı olduğunu deyib: “Son oyunda yarımmüdafiənin sağında Rəşad Kərimov oynadı. Sonradan onu Vüqar Nadirov əvəzlədi. Həm Rəşad, həm də Vüqar pis təsir bağışlamadı. Özlərini doğrultdular. Əsas problemimiz qol vurmaqla bağlıdır”.

0
0