Braziliya futbolunda yenilik – FOTOSESSİYA
25.10.2010 - 13:00
Braziliya futbolunda yenilik – FOTOSESSİYA
Dünya futboluna bəxş etdiyi möcüzələrlə tanınan Braziliyada yeni idman növü icad olunub. Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar çimərlik futbolu və topla çiləmək kimi əyləncələrin sintezindən yeni şou yaradıblar. Çimərlikdə təşkil olunan yarışlarda iştirak edən komandaların hər biri 4 futbolçudan ibarət olur. Bu 4 idmançı da 6 dəqiqə ərzində meydana çıxaraq topu bir-birinə ötürür, çiləyir və bacarığını göstərir. Komandanın topla davranışı isə gimnastika, akrobatika və fiqurlu konkisürmədə olduğu kimi hakimlər tərəfindən qiymətləndirilir. Yeniliyin ən özəl xüsusiyyətlərindən biri isə yarışın yalnız qadınların iştirakı ilə keçirilməsidir.

Rio-de-Janeyronun məşhur İpanema çimərliyində təşkil olunan ilk yarışda 32 idmançının qatıldığı 8 komanda mübarizə aparıb. Müxtəlif çimərlik komandalarının yarışında çempion adını meydan sahibləri qazanıblar.