Ruslan Abışov: Hələ özümü tam kapitan kimi apara bilmirəm
25.10.2010 - 13:31
Ruslan Abışov: Hələ özümü tam kapitan kimi apara bilmirəm
“Gəncə” Bakıya inamla gəlmişdi. Onlar bizi məğlub edəcəklərini deyirdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışov deyib.

Son oyunda “Gəncə”ni böyük hesabla məğlub edən paytaxt təmsilçisini bu oyuna kapitan kimi Abışov çıxarmışdı. Rail Məlikovun zədələnməsindən sonra sarğıya sahib çıxan gənc müdafiəçi özünü kapitan kimi hələ tam hazır saymır: “Yaşım azdır, təcrübəm çox deyil. Buna görə də hələ özümü tam kapitan kimi apara bilmirəm. Amma bu etimadı doğrultmağa çalışacağam”.

Rail Məlikovun zədələnməsindən sonra müdafiə xəttində edilən dəyişiklik barədə də danışan gənc müdafiəçi birinci dövrəni major notla bitirmək istədiklərini də vurğulayıb: “Railin zədələnməsini biz də istəməzdik. İnşallah, sağalıb tezliklə öz yerini tutacaq. Həftəsonu isə “Bakı” ilə qarşılaşacağıq. Əlbəttə, yeganə məqsədimiz qələbə qazanmaqdır. Rəqibin çətin günlərini yaşadığını bilirik. Ancaq bu bizi maraqlandırmır. Məqsədimizə çatmaq üçün bütün gücümüzü səfərbər edəcəyik. Birinci dövrəni qələbə ilə qapamaq istəyirik”.