“Xəzər Lənkəran”ın yubiley qolları
25.10.2010 - 14:36
Uinston Parks “Xəzər Lənkəran” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, kosta-rikalı hücumçu 6 yaşlı klubunun tarixinə növbəti yubiley – 400-cü qolun müəllifi kimi adını yazdırıb. Parks Unibank Premyer Liqasının X turunun “Turan”la ev oyununda hesabı açmaqla, yubileyin səbəbkarı oldu. Bu olay elə oyun zamanı stadionda elan olunmaqla, “Xəzər Lənkəran”in azarkeşlərinə yubiley xəbəri çatdırılıb.
Maraqlıdır ki, “Xəzər Lənkəran”ın ilk qolu da “Turan”la, lakin səfərdə – Qazaxdakı görüşdə vurulub. Bu, komandanın tarixində ilk oyunudur. Həmin vaxt da əcnəbi hücumçu – albaniyalı Çöri İlir qol sevinci yaşamışdı.
“Xəzər Lənkəran”ın yubiley qolları
1 - yubiley qolu, 2 –müəllifi (legionerlər üçün vətəndaşlığı), 3- turnir, 4 – rəqib, 5- meydan, 6 – hesab, 7 – tarix, 8- yubiley qolun dəqiqəsi.
Qeyd edək ki, 2004/05 mövsümündə çempionata təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümündə ölkə kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunların top fərqi nəzərə alınmır.
Mənbə: lankaranfc.com

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
1. | Çöri İlir (Albaniya) | Çempionat | “Turan” | s | 1:1 | 07.08.2004 | 26 |
50. | Oktay Dərəlioğlu (Türkiyə) | Çempionat | MOİK | s | 1:0 | 12.04.2005 | 40-p |
100. | Xaqani Məmmədov | Çempionat | “Olimpik” | e | 1:0 | 12.02.2006 | 78 |
150. | Vüqar Nadirov | Kubok, 1/8 | “Bakılı” | e | 4:0 | 20.11.2006 | 90+1 |
200. | Zaur Ramazanov | Çempionat | “Masallı” | s | 3:0 | 18.08.2007 | 88 |
250. | Zaur Ramazanov | Birlik kuboku, final | “Paxtakor” (Özbəkistan) | n | 4:3 | 27.01.2008 | 43 |
300. | Klaudiu Radukanu (Rumıniya) | Kubok, 1/8 | NBC (indiki “Muğan”) | e | 3:0 | 30.10.2008 | 23 |
350. | Mario Souza (Braziliya) | Kubok, 1/8 | “Muğan” | e | 3:0 | 04.11.2009 | 53 |
400. | Uinston Parks (Kosta-Rika) | Çempionat | “Turan” | e | 2:0 | 23.10.2010 | 7 |

0
0